Millimizdə 4 legioner
27.02.2013 - 11:55
Millimizdə 4 legioner
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 4-dən 12-dək Yunanıstanda təlim-məşq toplanışı keçəcək yığmaya 20 futbolçu çağırılıb.

Heyətdə “Qəbələ”nin üzvləri çoxluq təşkil edir – 8 futbolçu.

Milliyə ölkə xaricində çıxış edən 4 legioner də cəlb olunub: Ağaseyid Qasımov, Eltun Turabov ("Qarabağ"), Yusif Şirinov, Vüqar Əlibabayev, Bəhlul Mustafazadə, Fərid Əsədli, Heydər Babayev, Roman Hüseynov, Emin Zamanov, Yusif Nəbiyev (hamısı "Qəbələ"), Elməddin Məmmədov ("Neftçi"), Renat Ağaverdiyev, Umar Akmurzaev, Mahir Mədətov (hamısı "Bakı"), Sərtan Taşqın ("İnter"), Elnur Cəfərov ("Xəzər Lənkəran"), Elgün Uluxanov (MOİK, Rusiya), Şahban Cəbrayılov ("Anji", Rusiya), Rafiq Tağıyev ("Tavriya", Ukrayna), Ozan Altın ("Tus Koblenz 1911", Almaniya).

Yığmamız martın 13-dən 17-dək Yunanıstanın Xalkida şəhərində UEFA tərəfindən təşkil olunmuş “Development Tournament” turnirində iştirak edəcək.