İsrail yığmasının millimizə qarşı heyəti açıqlandı
27.02.2013 - 13:02
İsrail yığmasının millimizə qarşı heyəti açıqlandı
Yunanıstanın Xalkida şəhərində UEFA tərəfindən təşkil olunan “Development” turnirində iştirak edəcək İsrail yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, İsrail U-17-nin baş məşqçisi Alon Hazan Şefayimdəki hazırlıqlarda iştirak edəcək 17 futbolçuya dəvət göndərib. Yəhudilər hazırlıqlara martın 4-də başlayacaq.

Qapıçılar: Raz Mersi (“Hapoel” Beer-Şeva), Sahar Stardi (“Makkabi” Təl-Əviv)

Müdafiəçilər: Mur Fahima (“Hapoel” Təl-Əviv), Omar Friov (“Makkabi” Təl-Əviv), Neta Lavi (“Makkabi” Hayfa), Nobl Pimp (“Makkabi” Petah-Tikva)

Yarımmüdafiəçilər: Qay Aviv (“Makkabi” Təl-Əviv), İdan Kohen (“Hapoel” Təl-Əviv), Liran Hadassi (“Hapoel” Kfar-Saba), Çen Ben Simhon (“Hapoel” Raanana)

Hücumçular: Eran Bitton, Pablişd İllouz, Foll Ben Aaron (hər üçü “Makkabi” Hayfa), Dan Qleyzer (“Makkabi” Təl-Əviv), Ron Nsikovski, Outum Nsikovski (hər ikisi “Beytar” Tobruk), Or Follovers (Aşdod)

Qeyd edək ki, adıçəkilən turnirdə millimiz, Malta və meydan sahibi Yunanıstan yığması da iştirak edəcək. Turnir martın 13-dən 17-dək keçiriləcək.