Ruslan Abışovun “Rubin”də daşıyacağı nömrə bəlli oldu
27.02.2013 - 15:24
Ruslan Abışovun “Rubin”də daşıyacağı nömrə bəlli oldu
“Rubin”lə dünən müqavilə bağlayan Ruslan Abışovun yeni klubunda geyinəcəyi formanın nömrəsinə aydınlıq gəlib. Apasport.az saytının Ruslanın qardaşı Sərxan Abışovdan aldığı məlumata görə, futbolçu “87” nömrəli formanı geyinəcək.

Ruslanın bu nömrəni seçməsinin səbəbi də məlumdur. Bu, milli futbolçumuzun 1987-ci il doğumlu olması ilə əlaqədardır.

Qeyd edək ki, Ruslan Abışov “Rubin”lə 2,5 illik müqavilə bağlayıb.