Ruslan Abışov Bakıya gəlişinin səbəbini açıqladı
27.02.2013 - 15:57
“Rubin”də hazırda futbolçulara 2 günlük istirahət verilib. Mən də bu müddətdən yararlanıb Bakıya gəldim. Məqsədim əşyalarımı toplamaqdır”. Bunu apasport.az saytına milli komandamızın və “Rubin”in üzvü Ruslan Abışov deyib.
26 yaşlı futbolçu dünən “Rubin”lə 2,5 illik müqavilə bağladıqdan sonra ölkəmizə gəlib.
O, əşyalarını götürüb Rusiyaya gedəcək. Ruslan “Rubin”dəki planlarına da aydınlıq gətirdi: “Martın 1-də artıq komandamın hazırlıqları başlayır. Bunun üçün Antalyaya gedəcəyik. “Levante” ilə martın 7-dəki oyuna kimi Türkiyədə məşq edəcəyik. Daha sonra İspaniyaya gedəcəyik. Adım Avroliqanın sifariş ərizəsində olmasa da, mən də Valensiyaya yollanacam. Ordan isə komanda ilə birgə Qroznıya qayıdacağıq. Çünki “Zenit”lə ev oyunumuzu məhz Çeçenistanın paytaxtında keçirəcəyik”.

0
0