Kaxaber Sxadadze: Özümüzü göstərməli idik
27.02.2013 - 17:23
“Çempionatda “Neftçi”yə uduzduqdan sonra özümüzü göstərməli idik. Bunu bacardıq, komanda yaxşı təsir bağışladı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
“Bankirlər” Azərbaycan kubokunun ilk 1/4 final oyununda bu gün “Bakı” ilə səfərdə 1:1 hesablı bərabərliyə qalıb.
Nəticədən razı qalan gürcü çalışdırıcı oyunu, müdafiəni yaxşı qurduqlarını bildirib: “İlk hissədə rəqib qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmadı. Ancaq ikinci hissədə 5-6 dəqiqdə mərkəzdə topu itirməyimiz “Bakı”nın təşəbbüsü ələ keçirməyi ilə nəticələndi. Ancaq bundan sonra üstünlük yenidən bizdə oldu və gözəl qol vurduq. Elə “Bakı” da baxımlı qola imza atdı. Hər halda, bu, kubok mübarizəsi 2 oyundan ibarət olduğundan, hər şeyə cavab matçında aydınlıq gələcək”.
Sxadadze yetirmələrinin tez bərpa olunmağını arzulayır: “İndi bizi çempionatda “Qarabağ”la vacib oyun gözləyir ki, futbolçular ona tez bərpa olunmalıdır. Həmin matçda “Neftçi”yə məğlubiyyətə görə bəraət qazanmaq istəyirik”.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0