Qurban Qurbanov: Hər 2 komandaya çətin olacaq
27.02.2013 - 17:28
“Futbolçularımızın “Qəbələ” ilə səfər matçında göstərdiyi mübarizə əzmindən razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
41 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə görüşü haqda fikirlərini açıqlayıb. O, 1:1 hesablı heç-heçədən sonra hər şeyin cavab matçında həll ediləcəyini deyib: “Çox maraqlı oyun alındı. Lakin hələ heç nə bitməyib. Hər şey cavab oyunundan asılı olacaq. Həmin qarşılaşma həlledici xarakter daşıdığından hər iki komandaya çətin olacaq”.
Qeyd edək ki, “Qarabağ”la “Qəbələ” arasında cavab oyunu martın 7-də baş tutacaq.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0