Bojidar Bandoviç araşdırma aparacaq
27.02.2013 - 17:36
“Bu, 2 hissəli dueldə ilk mübarizə idi. Yarımfinala çıxmaq şansımız qalır. Səfərdə keçirəcəyimiz oyunda mərhələ adlamağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.
“Zolaqlılar” Azərbaycan kubokunun ¼ final mərhələsində ilk oyununu bu gün evdə “İnter”lə keçirərək, 1:1 hesablı bərabərliyə qalıb.
Serbiyalı çalışdırıcı son saniyələrdə məğlubiyyətdən qurtardıqları qolu rəqib meydanında da vura biləcəklərinə inanır. O, bunun üçün oyun planında bəzi çatışmazlıqları aradan qaldırmaq fikrindədir: “Mən ona fikir verdim ki, bu gün də komandamız 2-ci hissədə zəif çıxış etdi. Bunun səbəbini araşdırıb, üzərində işləyəcəyik. Qolu buraxdıqdan sonra bəzi taktiki dəyişiklər etməli oldum. Belə ki, meydana 2-ci hücumçu buraxdım və ucaboylu müdafiəçimiz Aqil Nəbiyevi irəli çəkdim. Bu da öz bəhrəsini verdi və Aqil bərabərlik qolumuzun müəllifi oldu. Oyunda taktiki dəyişikləri məqamında istifadə etmək lazımdır”.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0