Ronaldonun bu hərəkəti əks-səda yaratdı
25.03.2013 - 05:51
Ronaldonun bu hərəkəti əks-səda yaratdı
Dünya Kriştianu Ronaldonun bu hərəkətindən danışır. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibləri olan İsrail - Portuqaliya (3:3) matçı başa çanadan sonra maraqlı bir hadisə yaşanıb.

Belə ki, Orta Şərq mətbuatının iddiasına görə, martın 26-da millimizlə qarşılaşacaq olan və hazırda “Bakı"nın təlim-məşq bazasının stadionunda məşq edən Portuqaliya yığmasının kapitanı və “Real”ın hücumçusu Ronaldo oyundan sonra yanına gələn israilli futbolçu Yuvan Spunqinin forma dəyişmə istəyini rədd edib.

Orta Şərq mətbuatında böyük əks-səda yaradan bu hərəkət, Ərəb dünyası tərəfindən Ronaldonun Fələstinlə əlaqəsinin olması iddia olunur.

Qeyd edək ki, 2012-ci ildə “Qızıl buts” qazanan Kriştianu Ronaldonun 1.5 milyon avro dəyərindəki bu mükafatı Qəzzadakı fələstinli uşaqlara kömək məqsədli istifadə etdiyi bildirilmişdi.