“Əsl təhlükə komandanın özüdür”
25.03.2013 - 06:12
“Əsl təhlükə komandanın özüdür”
“Real”ın müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Qalatasaray”la qarşılaşmanı dəyərləndirib. Apasport.az saytının məlumatına görə, İspaniya milli komandasının üzvü İstanbul klubuna böyük hörmət etdiklərini bildirib.

Ramos “Cim-Bom”un çox ciddiyə alınması lazım olan bir komanda olduğunu ifadə edib. O, “sarı-qırmızılar”ın Didye Droqba və Uesli Sneyder kimi dünya səviyyəsində oyunçulara sahib olduğunu vurğulayıb: “Mənə görə “Qalatasaray”la üz-üzə gəlməyimiz şans və ya başqa bir şey mənasını vermir. Çünki onlar olduqları yerə layiq olaraq gəldilər. Əlbəttə, Droqba və Sneyder dünya səvviyəsində oyunçulardır. Amma əsl təhlükə komandanın özüdür. Rəqibimizi heç vaxt fərdi olaraq qiymətləndirməməliyik. Evimizdə olan ilk matçı qolsuz başa vurmaq istəyirik. Əks təqdirdə onların evində işlər daha da çətinləşəcək”.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş aprelin 3-də Madriddə baş tutacaq.