Mata Mourinyonun “Çelsi”yə gəlməsini istəmir
25.03.2013 - 21:49
“Çelsi”nin futbolçusu Xuan Mata London klubunun sabiq məşqçiləri haqda maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi “zadəganlar”ı çalışdıran və hazırda “Tottenhem”də işləyən Andre-Villas Boasın hər bir komandaya uğur qazandıra biləcəyini bildirib.
24 yaşlı oyunçu gənc mütəxəssis haqda bunları ifadə edib: “O, hər hansı bir komandanı çalışdıra biləcək bacarığa malikdir. Boas möcüzəvi bir insandır. Olduqca müasir, gənc olmasına baxmayaraq təcrübəli və keyfiyyətli bir baş məşqçidir. Təəssüf ki, “Çelsi”də işlətdiyi dövrdə onun işləri yaxşı getmədi”.
Mata “Çelsi”nin “sükanı arxası”nda müvəqqəti olan Rafael Benitesin gələcək mövsümdə komandadan ayrılacağı təqdirdə, onun yerinə Joze Mourinyonun gələcəyi ilə bağlı gəzən xəbərlərə də münasibət bildirib. Onun portuqaliyalı çalışdırıcının gəlməsi mövzusunda istəksiz olduğu müşahidə edilib: “Mourinyo burada yaddaşlara həkk edilmiş inanılmaz nailiyyətlərə sahib oldu. Kuboklar və zəfərlər qazandı. Amma Joze hazırda “Real”ın və Rafael Benites isə “Çelsi”nin baş məşqçisidir. Məncə buna mərkəzlənməliyik”.
Qeyd edək ki, “Real”ın aşağı yaş qruplarında yetişən Xuan Mata “Valensiya”da 4 mövsüm keçirdikdən sonra 2011-2012 mövsümünün əvvəlində 26,7 milyon avroya “Çelsi”yə transfer olunub. Burada cəmi 104 matça çıxan Mata 30 dəfə rəqib qapıçılarını məyus edib.

0
0