“Qalatasaray”ın futbolçusu İstanbula gəldi
26.03.2013 - 06:14
“Qalatasaray”ın futbolçusu İstanbula gəldi
Martın 22-də Hollandiya yığmasının Estoniya millisi ilə oynadığı matçda zədələnən Uesli Sneyder komandanın heyətindən çıxardılıb. Apasport.az saytının məlumatına görə, artıq ulduz futbolçu “narıncılar”ın düşərgəsindən ayrılaraq İstanbula gəlib.

Bu günlərdə 28 yaşlı oyunçu “Qalatasaray”ın həkimləri tərəfindən tibbi müayinədən keçiriləcək. Çıxacaq hesabata görə isə baş məşqçi Fatih Terim Sneyderi həftəsonunda oynanacaq “İstanbul BB” ilə qarşılaşmada ehtiyatda saxlayacaq. Onu Çempionlar Liqasında üz-üzə gələcək “Real”la matça hazırlaması gözlənilir.

Qeyd edək ki, uzun müddətdən sonra baş məşqçi Luis van Qaal tərəfindən milli komandaya çağırılan Uesli Estoniya qarşısında ilk “11-lik”də matça başlayıb. Lakin oyunun 36-cı dəqiqəsində qasığından zədələnən “Qalatasaray”ın yarımmüdafiəçisi yerini komanda yoldaşı Van der Vaarta buraxmaq məcburiyyətində qalıb.