Rəşad Sadıqov: Bu cür komandaya qarşı 10 nəfərlə oynamaq çox çətindir
26.03.2013 - 23:40
Millimizin kapitanı Rəşad Sadıqov 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Portuqaliya ilə oyun barədə fikirlərini açıqlayıb. Qarşılaşma başa çatandan sonra apasport.az saytına verdiyi müsahibədə Sadıqov rəqibin millimizin oyun qurmağa imkan vermədiyini bildirib: "Portuqaliya bizə oynamağa imkan vermədi. Buna görə hücum qura bilmirdik. Topu itirən kimi pressinq tətbiq edib, bizdən alırdılar. Bu səbəbdən müdafiəyə çəkildik. Fikirləşdik ki, heç olmasa hesabı qoruyaq. Standart vəziyyətdən qol buraxdıq. Bu cür komandaya qarşı 10 nəfərlə oynamaq çox çətindir".
0
0