İlqar Qurbanov sağalır, Subaşiç isə fərdi çalışır
27.03.2013 - 11:21
İlqar Qurbanov sağalır, Subaşiç isə fərdi çalışır
“Qarabağ” Topaz Premyer Liqasının XXIV turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, milli komandalara göndərdiyi 10 futbolçusundan əskik çalışan komanda günü tək çalışmayla keçirəcək.

Ağdam klubunda milli futbolçularla yanaşı, zədəli oyunçuların durumundan da xəbər var. “Turan”la yoxlama görüşündən öncə zədələnən İlqar Qurbanovun əzələ yüklənməsindən yaranmış problemi aradan qalxmaq üzrədir. Qurbanov sabahdan etibarən kollektiv çalışmalara başlayacaq. Daha bir zədəli Branimir Subaşiç isə fizioterapevt nəzarətində fərdi çalışmaqla kifayətlənir.

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu martın 30-da saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.