Millimiz beynəlxalq turnirin qalibi oldu
27.03.2013 - 17:22
Millimiz beynəlxalq turnirin qalibi oldu
Martın 17-dən etibarən 21 yaşadək futbolçulardan ibarət yığma komandamız Avstriyada təlim-məşq toplanışındadır. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində U-21 turnirdə iştirak edib.

İlk oyunda Macarıstanın "Haladaş" komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğradan Bernhard Lippertin yetirmələri ikinci qarşılaşmada Gürcüstanın U-21 yığması ilə 1:1 hesablı heç-heçə edib. Futbolçularımız son qarşılaşmada isə dünən Albaniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qalib gələrək (2:0) turnirdə birinci yeri tutub.