“Sivasspor” Özkarasız qalib gəldi
27.03.2013 - 17:56
“Sivasspor” Özkarasız qalib gəldi
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən “Sivasspor” da maksimum yararlanmağa çalışıb. Apasport.az saytının məlumatına görə, yığmamızın hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Sivas klubu əvəzedici komanda ilə gücünü sınayıb.

“4 Eylül” stadionunda baş tutan oyunda Cihan kimi milli komandanın düşərgəsində olan Kamil Qrositski (Polşa), Milan Boryandan (Kanada) başqa, məşqdə burnu qırılan Uğur Kavuk və zədəsi olan Ərhan Güvən iştirak etməyib. Matçda qollar fasilədən sonra vurulub və “Sivasspor” 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, əsas komandadan qolları “Qalatasaray”a məxsus olan Sərcan Yıldırım (2) və polşalı hücumçu Arkadiuş Pex vurub.