“Barselona” Pedronu 10 gün müddətinə itirdi
28.03.2013 - 03:35
“Barselona” Pedronu 10 gün müddətinə itirdi
“Barselona”nın hücumçusu Pedro Rodriqes zədə səbəbi ilə 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçunun ayağının əzələsi millinin heyətində çıxış edərkən dartılıb.

Belə ki, DÇ-2014-ün seçmə mərhələsində İspaniyanın səfərdə Fransa yığmasını 1:0 hesabı ilə məğlub etdiyi görüşdən sonra Pedronun ayağında ağrılar hiss olunub və tibbi müayinədən sonra isə onun zədəsinin ciddi olduğu müəyyənləşib.

Beləliklə, hücumçu “Barselona”nın La Liqanın 29-cu turu çərçivəsində “Selta” və aprelin 2-də Çempionlar Liqasında PSJ ilə matçı buraxacaq.

Qeyd edək ki, Pedro Fransa ilə qarşılaşmada komandasının yeganə qoluna imza atıb.