Minimum 2-ci yer
29.03.2013 - 10:02
Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində 2-ci yeri təmin edib. Apasport.az saytının məlumatına görə, 2-ci qrupda mübarizə aparan Joze Alesionun yetirmələri ardıcıl 2-ci qələbəni qazanmaqla buna nail olub.
İlk turda Norveçi 6:0, ardınca isə Bosniya və Herseqovinanı 3:2 hesabı ilə məğlub edən yığmamız 6 xalla qrup lideridir. Son turda ən yazın izləyicisi olan Slovakiya ilə qarşılaşacaq komandamız heç-heçə edəcəyi halda da qrup qalibi olacaq. Ən pis halda 2-ci olacaq millimiz ən azı pley-offda mübarizə aparacaq.
Qeyd edək ki. yarışın əsasnaməsinə görə 7 qrup qalibi birbaşa Avro-2014-ə vəsiqə qazanacaq. Belçikadakı yarışa digər 4 vəsiqənin sahibi isə pley-offda müəyyənləşəcək. Burada 7 qrup ikincisi və ən yaxşı nəticəyə malik 3-cü yer sahibi çıxış edəcək.
Yığmamız kimi İtaliya, Macarıstan, İspaniya, Xorvatiya, Portuqaliya, Serbiya, Çexiya. Hollandiya da 2 qələbə ilə ilk 2 pillədən birini təmin edib. Rusiya və Sloveniya yığmaları isə 6 xalla son turdan asılı olmayaraq Belçikaya vəsiqəni qazanıblar.

1 | Azərbaycan | 2 | 2 | 0 | 0 | 9-2 | 6 |
2 | Slovakiya | 2 | 1 | 1 | 0 | 8-7 | 4 |
3 | Bosniya və Herseqovina | 2 | 0 | 1 | 1 | 6-7 | 1 |
4 | Norveç | 2 | 0 | 0 | 2 | 3-10 | 0 |
0
0