Məlikov və İsayevin “Ərciyəsspor” sınağı
30.03.2013 - 05:14
Məlikov və İsayevin “Ərciyəsspor” sınağı
Bu gün Türkiyə PTT Birinci Liqanın 28-ci turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Rail Məlikovla Arif İsayevin şərəfini qoruduqları “Dənizlispor” lider “Ərciyəsspor”la üz-üzə gələcək.

Qarşılaşma Dənizlidə keçiriləcək. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq oyunda həmyerlilərimizin meydana çıxması gözlənilir.

Qeyd edək ki, “Dənizlispor” 33 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.