“İlk qolu vurduqdan sonra davamının gələcəyini düşünürdüm”
30.03.2013 - 20:01
“Oyuna çox yaxşı başladıq. İlk qolu vurduqdan sonra davamının gələcəyini düşünürdüm. Lakin öz qapımızda 2 qol gördük”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın baş məşqçisi Ramil Əliyev deyib.
Bu gün Bakıda keçirilən “Turan” – “Rəvan” oyununda dramatik hadisələr qeydə alınıb. “Rəvan” hesabda öndə olsa da, tovuzlular fasiləyə qalib durumda yollanıb. Ancaq 2-ci yarıda “uçan aslanlar”ın legionerləri 5 qol vuraraq nominal meydan sahiblərini darmadağın edə bilib.
Ramil Əliyevin sözlərinə görə, mərkəz oyunçuları ikili mübarizələrdə rəqiblərinə uduzurmuş: “2-ci hissəyə tam fərqli basladıq. Oyunda da, hesabda da üstünlüyü ələ aldıq. Mərkəz xətti oyunçularımızın ikili mübarizələrdə uduzmasına baxmayaraq, komandanın oyunundan razl qaldım. Böyük üstünlüklə qalib gəldiyimiz üçün şadam”.

0
0