“Fərid Quliyevin fərqlənmək üçün imkanı var idi”
30.03.2013 - 20:14
“Fərid Quliyevin fərqlənmək üçün imkanı var idi”
“Hər iki komandanın heyətində itkilər var idi. Firkrimcə, maraqlı oyunun şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Qurbanov “Sumqayıt”a uduzduqları oyunda Elvin Əsgərovun təyin etdiyi penaltidən uduzmalarına təəssüflənib: “Bir çox imkanlar oldu. Təəssüf ki, həlledici qolu penaltidən buraxdıq. Komanda məğlub olsa da, oyundan narazı deyiləm. Fərid Quliyevin fərqlənmək üçün imkanı var idi. Lakin qol vura bilmədi”.

Qeyd edək ki, “Kəpəz” nominal meydan sahibi olan “Sumqayıt”a penaltidən buraxdığı qol üzündən məğlub olub.
0