Ramiz Məmmədov pleymeyker yoxluğundan şikayətləndi
30.03.2013 - 20:25
Ramiz Məmmədov pleymeyker yoxluğundan şikayətləndi
“Ceyhun Sultanovun zədələnməsi komandanın bütün planlarını pozdu. "Qarabağ" yaxşı təsir bağışlamasa da, qələbə qazandı”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

Sultanov zədəli olduğu üçün pleymeykerə ehtiyaclarının olduğunu bildirən Məmmədov “Qarabağ”la görüşdə güclərinin cəmi 70 faizini ortaya qoya bildiklərini söyləyib. O, standard zərbədən qol buraxmaqlarını təəssüflə qarşılayıb: “Riçard Almeyda cərimə zərbəsindən gözəl qol vurdu və bu da oyunun taleyini həll etdi. Gələcək oyunlara baxacağıq”.

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyununda braziliyalı Riçardın 39-cu dəqiqədə vurduğu qol həlledici olub.