Con Toşak: Etiraf edim ki, bu oyunda bəxtimiz gətirdi
30.03.2013 - 21:19
“Etiraf edim ki, bu oyunda bəxtimiz gətirdi. Komandamın oyunundan razı qalmadım”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
Uelsli baş məşqçi debütündə qarşılaşdığı AZAL komandasının daha yaxşı təsir bağışladığını təsdiqləyib: “Həm oyun baxımından, həm də təşkilatlanmaya görə AZAL çox yaxşı komandadır. Rəqib azlıqda qalandan sonra hesabı xeyrimizə dəyişmək üçün imkanlarımız oldu. Qələbə də qazana bilərdik. Futbolçular daha çox fərdi bacarıqlarını göstərməyə çalışırdı. Bu da komanda oyununa təsir edir. Birinci hissədə rəqib bizdən daha üstün idi. Yenə fasilədən sonra bir qədər oyun göstərə bildik. Qarşıda görüləsi işlərimiz çoxdur”.
Qeyd edək ki, AZAL 72-ci dəqiqədən etibarən azlıqda qalsa da, “Xəzər Lənkəran” öz meydanında “təyyarəçilər”i məğlub etməyi bacarmayıb – 1:1.

0
0