Böyükağa Hacıyev: “İnter”lə 10 oyun da oynasam, hamısında qalib gələrəm
30.03.2013 - 21:34
Böyükağa Hacıyev: “İnter”lə 10 oyun da oynasam, hamısında qalib gələrəm
“Çox maraqlı oyun oldu. Premyer Liqadakı 17 günlük fasilədən sonra belə oyun alınırsa, fasilə olmasa necə oyun olacağını təsəvvür edin”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev yenə özünəməxsus iddialı açıqlaması ilə yadda qalıb: “12 futbolçumuz milli komandalarda idi. Komandanı iki gün öncə tam yığa bilmişik. Futbolçuların əzmkarlığından razı qalsam da, ustalıqda bir az “axsadıq”. “İnter”lə 10 oyun da oynasam, hamısında qalib gələrəm. Çünki, mən “İnter”i tam öyrənmişəm. Kaxaber Tsxadadze yaxşı məşqçidir. Onun əlində olan futbolçular budur. “İnter”in necə qol vurduğunu bilirəm. Ağıllı məşqçi bu yolu tapıb bağlasa, “İnter” qol vura bilməyəcək”.

Qeyd edək ki, bu gün keçirilən “İnter” – “Neftçi” oyunu qonaqların minimal hesablı (1:0) qələbəsi ilə başa çatıb.
0