“Atasport” Hollandiya klubuna böyük hesabla uduzdu
31.03.2013 - 19:33
“Atasport” Hollandiya klubuna böyük hesabla uduzdu
Almaniyanın Hamburq şəhərində otüskü hokkey üzrə qadınlar arasında keçirilən Çempionlar Kubokunun qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Atasport” Hollandiya çempionu “Laren”lə üz-üzə gəlib.

Adil Paşayevin yetirmələri bu dəfə də məğlubiyyətdən qaça bilməyib. Rəqibinə 0:5 hesabı ilə uduzan təmsilçimiz yarımfinala çıxma şansından məhrum olub.

B qrupunun sonuncu turunun digər oyunun da isə Almaniyanın “Rot-Vayss” klubu İngiltərə “Lester”i ilə heç-heçə edib - 1:1.

Qeyd edək ki, bundan öncə “Atasport” “Rot-Vayss”a qapıçı Viktoriya Şahbazovanın kobud səhvləri nəticəsində 1:3, “Lester”ə isə 0:2 hesabı ilə məğlub olmuşdu.