“Barselona”da zədəlilər sıraya dönür
31.03.2013 - 21:49
Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində PSJ ilə qarşılaşmadan öncə “Barselona”da zədəli olan futbolçudan şad xəbər gəlib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Xavi Hernandes və mövsümün əvvəlində “Valensiya”dan transfer olunan sol cinah müdafiəçisi Xordi Albanın Paris klubu ilə oynayacaqları matçın heyətində yer alacaqları açıqlanıb.
Bundan başqa İspaniya La Liqasında cəzalı olan və “Selta” ilə oyunda komandasını yalnız buraxan Viktor Valdesin də heyətə daxil ediləcəyi bildirilib.
Qeyd edək ki, xərçəng xəstəliyinə tutulan və Amerikada müalicə olunub İspaniyaya geri qayıdan “Barselona”nın baş məşqçisi Tito Vilanova komandanın bazar günkü məşqində iştirak edib.

0
0