Georgi Nikolov: “Neftçi” klubunun şərəfindəki ləkə böyükdü
01.04.2013 - 00:30
“Hansısa sayt yazıb ki, meydançada çox az ləkə qalıb. Yox, əzizlərim, birinci “Neftçi”nin şərəfindəki ləkə böyükdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in prezidenti Georgi Nikolov deyib.
O, Topaz Premyer Liqanın “Neftçi”yə (0:1) qarşı keçirilən 24-cü turunun oyununda qonaq komandanın azarkeşlərinin meydançaya fişəng atmalarına sərt reaksiya verib: “Zərər kifayət qədər ciddidir. Bu vandalizm aktına görə meydançanın 65x4 metr örtüyü tamamilə dəyişdiriləcək. Bu, əsla U-17 qızlar arasında dünya çempionatına görə salınmış təzə meydança deyil. Bu meydança “İnter” klubunun mütəxəssisləri və əməkaşlarının səyləri nəticəsində düzəldilib. Buna görə “İnter” klubu tərəfindən 500 min manatdan çox pul ödənilib. Söhbət puldan, məğlubiyyədən və zərərdən getmir. Məsələ ondadır ki, futbol dələduzluğu sürət artır. Axı “Eyzel” stadionundakı faciəvi hadisələr məhz bu cür insidentdən sonra baş verib”.
Mənbə: inter.az

0
0