“Qəbələ” həm uduzdu, həm də darmadağın etdi
01.04.2013 - 02:03
“Qəbələ” həm uduzdu, həm də darmadağın etdi
“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində - IV Vodafone Beynəlxalq Turnirində iki oyun keçirib. Apasport.az saytının məlumatına görə, ilk matçda təmsilçimiz Türkiyənin köklü klublarından “Bursaspor”lu həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşmada daha yaxşı təsir bağışlayan qardaş ölkə təmsilçisi 4:0 hesabilə qalib gəlib.

Günün ikinci görüşündə “qırmızı-qaralar” “Kosova SDC – İFA” ilə qarşılaşıb. Qrupun ikinci matçında üstün oyun nümayiş etdirən “Qəbələ" rəqibini 5:0 hesabilə məğlub edib. Komandamıza qələbə qazandıran qollara Məhəmməd Abbaslı (2), Samir Atakişiyev (2), Təbriz İsazadə imza atıb.

Qeyd edək ki, qrup mərhələsinin son oyununda təmsilçimiz sabah - aprelin 1-də “Kızılcahamamspor"la üz-üzə gələcək.