Endi Murrey çempion oldu
01.04.2013 - 04:20
Endi Murrey çempion oldu
ABŞ-ın Mayami şəhərində WTA nüfuzlu tennis turnirinə yekun vurulub Apasport.az saytının məlumatına görə, yarışın kişilər arasında keçirilən finalında Endi Murreylə David Ferrer üz-üzə gəlib.

Şotlandiyalı tennisçi ispaniyalı həmkarını məğlub etməyi bacarıb. 2 saat 45 dəqiqə davam edən yarışda Murrey 2:1 (2:6, 6:4, 7:6) hesablı qələbə qazanaraq çempion olub.

Qeyd edək ki, bu, Endinin karyerasında 25-ci zəfəri idi.