“Atletiko”nun türkiyəli futbolçusu zədələndi
01.04.2013 - 05:02
“Atletiko”nun türkiyəli futbolçusu zədələndi
“Atletiko”nun futbolçusu Arda Turan zədələnib. Apasport.az saytının məlumatına görə, Türkiyə milli komandasının üzvü Madrid təmsilçisinin İspaniya La Liqasının 29-cu turu çərçivəsində “Valensiya” ilə qarşılaşmanın 26-cı dəqiqəsində sol ayağı burxularaq meydanı tərk edib.

Ardanın yerinə isə oyunu Raul Qarsia davam etdirib. 26 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olub-olmadığı bazar ertəsi günü keçəcəyi tibbi müayyinədən sonra bilinəcək.

Qeyd edək ki, “Atletiko” evində “yaraslar”la 1:1 hesablı bərabərə qalıb. Madridlilərin heyətində 6-cı dəqiqədə fərqlənən Radamel Falkaounun qolunun ötürməsini Arda Turan edib.