“Sanderlend”in “sükanı arxasına” Di Kanio gətirildi
01.04.2013 - 05:50
“Sanderlend”ə yeni baş məşqçi təyin edilib. Apasport.az saytının məlumatına görə, ingilis klubunu bundan sonra italiyalı mütəxəssis Paolo Di Kanio çalışdıracaq.
O, Premyer Liqanın 21-ci turu çərçivəsində “Mançester Yunayted”lə (0:1) qarşılaşmadan sonra istefa verən Martin O’Nilin boş qalan postuna gətirilib. 44 yaşlı mütəxəssisin sonuncu iş yeri isə İngiltərənin aşağı divizionunda çıxış edən “Suindon Taun” klubu olub.
Qeyd edək ki, aktivində 31 xal olan “Sanderlend” hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

0
0