Droqbanın oğlu “Qəbələ” ilə birgə eyni turnirdə - FOTO
01.04.2013 - 06:14
Türkiyənin Antalya şəhərində 13 yaşa qədər futbolçulardan ibarət IV Vodafone Beynəlxalq Turniri keçirilir. Apasport.az saytının məlumatına görə, ölkəmizi təmsil edən “Qəbələ” komandası ilə birgə “Qalatasaray”da forma geyinən Didye Droqbanın oğlu İssak da “Çelsi”nin heyətində çıxış edir.
70 komandanın iştirak etdiyi turnirin ilk oyununda “zadəganlar” “Biebrik02” klububunu 2:0 hesabı ilə üstələyib. Qarşılaşmaının sonuna 2 dəqiqə qalmış isə İssak Droqba meydanda mübarizə aparmaq şansı əldə edib. “Ankaraspor”la (3:0) matçda isə Didyenin oğlu görüşü ehtiyat skamyasında izləyib.
Qeyd edək ki, “Qəbələ” birinci oyunda “Bursaspor”lu həmyaşıdlarına 4:0 hesabı ilə uduzub. İkinci qarşılaşmada isə “Kosova SDC – İFA”nı darmadağın edib - 5:0.

0
0