İsveçrəli qapıçı gəlsə, “Neftçi” onu cəzalandıracaq
01.04.2013 - 15:58
“İsveçrəli qapıçı Conni Leoni komandamızın düşərgəsinə qayıtmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun rəisi Güloğlan Cabbarov deyib.
“Ağ-qaralar” qış fasiləsində transfer etdiyi Conni Leoninin yolunu gözləyir. Belə ki, vətəninə yollanan isveçrəli qapıçı geri qayıtmır.
Cabbarov bildirib ki, futbolçunun səfirliyə müraciət edərək, Azərbaycana viza almaq istəməsi problem yaradıb: “Qaydaya görə, biz səfirliyə kod veririk və buna əsasən legionerə 3 aylıq viza açılacaqdı. Ancaq özü səfirliyə gedərək, viza açdırmaq istəyib. Onun belə hərəkəti bizə də qəribə gəlir. Başa düşmürük ki, niyə özbaşına hərəkət edib? Əgər Conni özü müraciət etməsəydi, məsələsi çoxdan həll olunmuşdu”.
Komanda rəsmisi qapıçının cəzalandırılacağını istisna etmir: “Qayıdandan sonra onun məsələsinə baxacağıq. Araşdırma aparandan sonra qaydalara uyğun qərar verəcəyik”.

0
0