“İnter” Anar Salmanovla bağlı bəyanat yaydı
02.04.2013 - 10:16
“İnter” Anar Salmanovla bağlı bəyanat yaydı
Ötən tur “Şəfa” stadionunda baş tutan “İnter” – “Neftçi” oyunundan sonra sözügedən görüşün baş hakimi Anar Salmanovun avtomobili bəzi azarkeşlər tərəfindən ciddi şəkildə xəsarət alıb. Apasport.az saytının məlumatına görə, FİFA referisinə məxsus “Folksvagen Passat” markalı avtomobil qəsdən cızıq-cızıq edilib.

Artıq bununla bağlı həmin oyunda meydan sahibi funksiyasını daşıyan “İnter” bəyanat yayıb. Həmin bəyanatın mətni belədir: “Premyer Liqanın XXIV turu çərçivəsində 30.03.2013-cü il tarixdə keçirilən "İnter" - "Neftçi" matçından sonra qarşılaşmanın baş hakimi Anar Salmanova məxsus avtomobilə zərər vurulması barədə KİV-də yayılan xəbərlərlə tanış olduq. "İnter" PİK-in rəhbərliyi belə bir hərəkətə yol verilməsini qınayır və günahı olan şəxs və ya şəxslərin tezliklə məsuliyyətə cəlb olunacağına ümid edir”.

Qeyd edək ki, bu oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəldiyindən, həmin hərəkəti “İnter”li azarkeşlərin edəcəyi ehtimal olunur.