Braziliyada oturub, Azərbaycan klubundan maaş alır
05.04.2013 - 10:24
“Tales Şütz Braziliyaya gedəndən sonra 2 dəfə əməliyyat edilib. Onun Bakıda etdirdiyi cərrahiyyə əməliyyatı yetərli olmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter”in baş meneceri Səbuhi Səfiyarlı deyib.
Bakı klubunun ötən yay böyük ümidlərlə transfer etdiyi, Avroliqada özünü yaxşı tərəfdən göstərən braziliyalı hücumçu Tales Şütz cari mövsümü boşa verir. Belə ki, ötən ilin sonunda ciddi zədələnən ucaboylu legioner həmin vaxtdan bu yana yaşıl meydandan kənarda qalıb.
Bu azmış kimi, Sütz “İnter”in düşərgəsində də deyil. Komandanın baş məşqçisi Kaxaber Sxadadze bununla bağlı narahatlığını bildirərək, mövsümü erkən bitirən Talesin zədələnməyini onları çətin vəziyyətdə qoyduğunu düşünür.
Səfiyarlının sözlərinə görə, braziliyalı komandaya hazırkı vəziyyəti ilə bağlı məlumat verməklə kifayətlənir: “Sützün sifətindən adlığı xəsarət ciddi idi. Onun bir neçə sümüyü qırılmışdı. Həkimlərin dediyinə görə, gözünün orbitində problem yaranıb. Ancaq görmə qabiliyyəti zəifləməyib. Sadəcə, Tales deyir ki, əməliyyatdan sonra sifətindəki şiş çəkilməyib. O, bununla bağlı şəkilləri bizə göndərib. Braziliyalının özü haqda yazdığı məlumatları rəhbərliyə təqdim edirəm”.
Futbolçunun zədəsi nə qədər ciddi olsa da, onun vətənində bu qədər uzun müddət olmağı anlaşılmazdır. Elə klub rəsmisi də 4 aydır Braziliyada olan legionerin düşərgələrində, burada həkim müayinəsindən keçməli olmağı ilə razılaşır: “Ancaq Talesin dediyinə görə, həkimlər ona bu vəziyyətdə uzun müddət təyyarə ilə uçuşa icazə vermirlər. Hazırda onun dediklərinə inanmağa məcburuq. Ancaq bu, futbolçuya haqq qazandırmır. Şütz vətənində oturaraq aylıq məvaciblərini alır. Onun bizimlə müqaviləsi bu yay bitəcək. Hücumçunun Bakıya qayıdandan sonra gələcək taleyini müzakirə edəcəyik”.
Mehman SÜLEYMANOV

0
0