Böyükağa Hacıyev: Məğlub olmağı da bacarmalıyıq
06.04.2013 - 19:23
Böyükağa Hacıyev: Məğlub olmağı da bacarmalıyıq
“Qalib gəldiyimiz kimi məğlub olmağı da bacarmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Topaz Premyer Liqasının XXV turunun “Qarabağ”la oyunundakı 1:2 hesablı məğlubiyyətdən sonra çalışdırıcı qarşılaşma haqda fikirlərini açıqlayıb: “Azlıqda qalmağımıza baxmayaraq hesabı bərabərləşdirməyə çalışırdıq. Lakin buna nail ola bilmədik. Belə qələbə ilə “Qarabağ”a təbrik düşmür. Milli komandanın oyunundan sonra Mahir Şükürov özünə gələ bilmir. İqor Mitreski Azərbaycan səviyyəsi üçün çox yaxşı futbolçudur. O, futbolçudur, insandır, robot deyil”.

Qeyd edək ki, “Neftçi” məğlubiyyətə baxmayaraq turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Mənbə: pfl.az