“Fənərbaxça” ən az qol buraxan komanda ünvanına sahib oldu
08.04.2013 - 03:41
“Fənərbaxça” ən az qol buraxan komanda ünvanına sahib oldu
Türkiyə Superliqasında lider “Qalatasaray”ı izləyən “Fənərbaxça” bu mövsüm bir ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubu səfər matçlarında qapısından ən az qol buraxan komanda olub.

Ölkə çempionatında bu mövsüm rəqib meydanlarında 13 dəfə mübarizə aparan “sarı bülbüllər” qapısından sadəcə 14 qol çıxarıb. Doğma publika önündə isə 14 qarşılaşmada meydana çıxan “Fənər” qapısından buraxdığı 16 topa üzülüb.

Qeyd edək ki, cəmi 30 qol buraxan “Fənərbaxça” Superliqada bu mövsüm ən az top buraxan 3 komandandan biridir.