Qalmaqallı matçın hakimi: Əvvəl futbolu bilsin, sonra danışsın!
08.04.2013 - 12:09
“Böyükağa Hacıyevin mətbuat konfransında hakim idarəçiliyindən narazı qalmasını anlaya bilmirəm. Onun fikirləri ilə razı deyiləm və verdiyim qərarların düz olduğuna inanıram”. Bu sözləri apasport.az saytının əməkdaşına Topaz Premyer Liqasının XXV turunda keçirilmiş qalmaqallı “Neftçi” – “Qarabağ” görüşünün baş hakimi Rəhim Həsənov deyib.
Gənc və yeni FİFA referimiz olan Həsənovun idarəçiliyi “Neftçi” rəsmilərinin, eləcə də baş məşqçi Böyükağa Hacıyevin etirazına səbəb olub. 35-ci dəqiqədə paraqvaylı Erik Ramosun “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldo Silvaya qarşı kobudluğa görə təyin olunan penalti zərbəsi və digər epizodlarda “Neftçi”nin əleyhinə olan qərarlar Hacıyevin xoşuna gəlməyib. Bu üzdən çalışdırıcı mətbuat konfransında “Qarabağ”ın belə qələbəyə layiq olmadığını bildirib.
Ancaq Həsənov “Neftçi” rəsmilərinin iradları ilə razılaşmır. O, konkret Böyükağa Hacıyevin etirazlarına belə cavab verib: “İnsan gərək əvvəl futbolu bilsin, sonra danışsın. Hamının qarşısında alnıaçığam. “Neftçi”yə qarşı verdiyim qərarlarda özümü günahkar saymıram. Həmin epizodda penalti vardı. Oyunçu “Qarabağ”ın futbolçusunu tutub, saxlayıb. Bu, mənim 5 metrliyimdə baş verib. 50 metr aralıda olsaydı, deyərdim ki, səhv görmüşəm. Ancaq düz gözümün qarşısında olan epizoda görə necə səhv qərar verə bilərəm ki? Futbolu bilmədən boşuna danışmaq kiməsə başucalığı gətirmir. Əksinə, belə açıqlamalar futbolumuzu geriyə aparır”.
Yeri gəlmişkən, ikinci yarıda “Qarabağ”ın nigeriyalı hücumçusu Emeka Oparanın fərqləndiyi epizodda oyundankənar vəziyyət qeydə alındı. Ancaq təkrara baxdıqda belə olmadığı görünür. Bununla belə, Həsənov bu epizodda köməkçisinin tərəfini saxladı: “Başqa rakursdan baxdıqda ötürmə verən futbolçunun Mahir Şükürovdan irəlidə olduğu görünür. Bu üzdən hesab edirəm ki, qərarımız səhv deyildi”.
Səbuhi TOFİQOĞLU

0
0