Roma derbisi öncəsi 2 azarkeş bıçaqlandı
08.04.2013 - 21:48
Roma derbisi öncəsi 2 azarkeş bıçaqlandı
Roma derbisində qan tökülüb. Apasport.az saytının məlumatına görə, İtaliya A seriyasının XXXI turu çərçivəsində keçiriləcək “Roma” – “Latsio” matçından öncə azarkeşlər arasında dava düşüb.

İki komandanın fanatları arasında çıxan davada meydan sahiblərinin azarkeşləri qonaqlar tərəfdən 2 nəfəri bıçaqlayıb. Daha sonra azarkeşlər yaralıları aparmağa gələn ambulanslara da daş atıblar

Qeyd edək ki, “Roma” – “Latsio” matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.