İbrahim Toraman da zədəli futbolçuların sırasına qoşuldu
09.04.2013 - 06:05
“Beşiktaş”ın heyətində daha bir futbolçu sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, bu, müdafiəçi İbrahim Toramandır.
31 yaşlı oyunçu Türkiyə Superliqasının XXVIII turu çərçivəsində “Bursaspor”la (3:0) qarşılaşmanın 87-ci dəqiqəsində zədələnərək meydandan çıxıb. Onun sağ ayağının dizində ciddi problem baş verib. Toraman bu gün tibbi müayinədən keçəcək. Lakin onun 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, “Beşiktaş”ın heyətində bir müddət əvvəl Uqo Almeyda və Mamadou Nianq da zədələnərək sıradan çıxıb.

0
0