UEFA-dan Ukrayna klubuna cəza gəldi
10.04.2013 - 23:49
UEFA-dan Ukrayna klubuna cəza gəldi
UEFA Kiyev “Dinamo”sunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Ukrayna klubuna gələn mövsüm avrokuboklarda 1 ev oyununu azarkeşsiz keçirməsi cəzasını verib.

Belə ki, kiyevlilərin Çempionlar Liqasının 2012-2013 mövsümünün qrup oyunlarında PSJ ilə Avroliqada isə “Bordo” ilə görüşlərində azarkeşləri irqçiliklə bağlı ifadələr səsləndirib. Buna görə də “Dinamo” futbolçuları gələn mövsüm avrokubok matçlarında rəqibləri ilə oyunu boş tribuna önündə keçirmək məcburiyyətində qalacaq.

Eyni zamanda, azarkeşlər 3 il ərzində yenidən belə hərəkət edərsə, “Dinamo” 1 matçlıqda cəzalanacaq.

Qeyd edək ki, Kiyev təmsilçisinin rəhbərliyi UEFA-nın bu qərarına qarşı etiraz edəcəklərini bildiriblər.