Xavi ötürülmələrin dəqiqliyində liderdir
11.04.2013 - 01:53
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyun günündə üz-üzə gələn “Barselona” – PSJ (1:1) matçında ən çox ötürmə verən futbolçunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu, İspaniya milli komandasının və Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Xavi Hernandesdir.
33 yaşlı futbolçu 90 dəqiqə əvəzlənmədən mübarizə apardığı görüşdə 96 ötürülmə edib və bunlarında da hamısı dəqiq ünvana çatıb.
Qeyd edək ki, Xavi bu mövsüm Çempionlar Liqasında 9 matçda forma geyinərək 801 dəqiqə meydanda mübarizə aparıb. Həmçinin o, komanda yoldaşlarına 4 qolun vurulmasında böyük pay sahibi olub. Eyni zamanda, Hernandes PSJ ilə keçirilən ilk matçın 89-cu dəqiqəsində penaltidən fərqlənib.

0
0