“Barselona”nın yeni rekordu
11.04.2013 - 02:20
Çempionlar Liqasının 1/4 final mərhələsində 2 oyunun nəticəsinə görə PSJ-ni üstələyib yarımfinala keçən “Barselona” yeni bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 1992-ci ildən bu yana Çempionlar Liqası adı altında oynanan turnirdə 6 dəfə ard-arda yarımfinala çıxan ilk komanda ünvanına sahib olub.
Belə ki, 2008-ci ildə Avropanın ən titullu klub turnirinin 1/4 finalında “Şalke” səddini keçən “Barsa”, yarımfinalda “Mançester Yunayted”ə boyun əyib. Bir il (2009) sonra bu kuboku qazanan kataloniyalılar 1/4-də “Bavarıya”nı məğlub edib, 2010-cu ildə isə “İnter” qarşısında aciz qalıb. 2011-ci ildə “Şaxtyor” üzərində qələbəyə sevinən “Barselona”, ötən mövsüm 1/4 finalda “Milan”ı keçib və yarımfinalda “Çelsi”yə uduzub.
Ümumilikdə isə “Barsa” 29-cu dəfə yarımfinala keçməyi bacarıb.
Qeyd edək ki, daha əvvəl bu rekord “Real”a aiddir. Madrid təmsilçisi 5 dəfə ardıcıl olaraq yarımfinala vəsiqə qazanıb.

0
0