ÇL-nin yarımfinalçıları bir neçə rekord müəyyənləşdirdilər
11.04.2013 - 03:25
ÇL-nin yarımfinalçıları bir neçə rekord müəyyənləşdirdilər
Çempionlar Liqasının 1/4 final mərhələsində cavab oyunlarına yekun vurulub və bütün yarımfinalçıların adı bəlli olub. Apasport.az saytının məlumatına görə, baş çatan bugünkü matçlarında bir neçə rekordlar müəyyənləşib.

Xatırladaq ki, 1/4 finalda “Real” “Qalatasaray”ı, Dortmund “Borussiya”sı “Malaqa”nı, “Barselona” PSJ-ni və “Bavariya” “Yuventus”u 2 oyunun nəticəsinə görə məğlub edərək növbəti mərhələyə adını yazdırıb.

Bu görüşlərdən sonra isə Avropanın ən titullu klub turniri tarixində ilk dəfə iki Almaniya klubu yarımfinala vəsiqə qazanıb. Eyni zamanda, ilk dəfə yarımfinalda iki ölkədən iki komanda mübarizə aparacaq.

Bundan başqa, “Bavariya” iki il ardıcıl yarımfinalda çıxış edən yeganə Almaniya klubudur. Düzdür, 2001-ci ildə münhenlilər bu rekorda sahib olublar. Hazırda isə özlərinə aid olan rekordu yeniləyiblər.

Qeyd edək ki, “Barselona” 1992-ci ildən bu yana Çempionlar Liqası adı altında oynanan turnirdə 6 dəfə ard-arda yarımfinala çıxan ilk komanda ünvanına sahib olub.