Antonio Konte: Belə rəqibə qarşı oynamaq çox çətindir
11.04.2013 - 05:43
Antonio Konte: Belə rəqibə qarşı oynamaq çox çətindir
“Bizə çox işləmək lazımdır. Artıq bu haqda təsəvvür edirəm. Hər halda öz oyunçularımı təbrik edirəm. Çünki onlar qısa müddət ərzində ciddi nəticəyə nail oldular”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Yuventus”un baş məşqçisi Antonio Konte deyib.

Təcrübəli çalışdırıcı Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyun günündə “Bavariya”ya 0:2 hesabı ilə uduzduqları matçı dəyərləndirib: “Heç kim məğlub olmağı sevmir, amma məğlubiyyəti həzm etməyə dəyər. Ona görə ki, səndən daha güclü komanda ilə görüşürsən. Münhenlilər son üç il ərzində iki final oynadılar. Əvvəldən bilirdik ki, onlarla bizim aramızda gözə çarpan fərq var. “Bavariya” çox güclü, fərdi və kollektiv komandadır. Onlar inanılmaz şeylər etməyi bacarırlar. Belə rəqibə qarşı oynamaq çox çətindir və biz meydanda əlimizdən gələni etdik. Yalnız bacara bilmədik”.