Xerard Pike: Messinin töhfəsi danılmazdır
11.04.2013 - 06:50
Xerard Pike: Messinin töhfəsi danılmazdır
“Axırıncı bir neçə il ərzində komandamız öz gücünü sübut etdi. Biz, yarımfinala layiq idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın müdafiəçisi Xerard Pike deyib.

Təcrübəli futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-ni 2 görüşün nəticəsinə görə üstələdikdən sonra matçı dəyərləndirib. Həmçinin Pike meydana ikinci hissədə daxil olan argentinalı hücumçu Messinin çıxışını da qiymətləndirib: “Messi planetin ən yaxşı oyunçudur. O, bir az zədələnmişdi. Lionel hər şeyi dəyişdirməyi onsuz da bacarır. Anlayırdıq ki, onun meydanda olması böyük üstünlük idi. Həmin vaxt bizim oyunumuz qaydasına düşür. O qolu bəlkə özü də vura bilərdi. Çünki Messi bunu bacarır. Onun töhfəsi danılmazdır”.