Azərbaycanda №1!
11.04.2013 - 08:24
“Neftçi” klubunun futbolçusu Nikolas Kanales Azərbaycan çempionatları tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, çilili hücumçu 1992-ci ildən start götürən ölkə birincilikləri tarixində 1 mövsümdə ən çox qol vuran legioner olub.
Kanales Topaz Premyer Liqasının XXV turunun “Qarabağ”la oyununda fərqlənməklə, vurduğu qolların sayını 21-ə çatdırıb. O, bu qolla “Kəpəz”in gürcüstanlı legioneri Badri Kvaratsxeliyanı arxada qoyub.
Fevralın 23-də XXI turun “İnter”lə oyununda qol vurmaqla 20-yə çatan Kanales sonrakı 3 matçda qol həsrəti yaşamışdı. Kvaratsxeliya ilə şərikli rekordu 42 gün sürən çilili mütləq rekordunu ilk “altılığ”ın 3-cü turunda rəsmiləşdirdi.
Azərbaycan çempionatında 1 mövsümə ən çox qol vuran 5 futbolçu

yer | futbolçu | klub | mövsüm | ölkəsi | oyun | qol |
1 | Nikolas Kanales | Neftçi (Bakı) | 2012/13 | Çili | 25 | 21 |
2 | Badri Kvaratsxeliya | Kəpəz (Gəncə) | 1997/98 | Gürcüstan/Azərbaycan | 22 | 20 |
3 | Georgi Adamiya | Qarabağ (Ağdam) | 2010/11 | Gürcüstan | 30 | 18 |
4 | Oqtay Dərəlioğlu | Xəzər Lənkəran | 2004/05 | Türkiyə | 21 | 17 |
5 | Valter Quqlemon | İnter (Bakı) | 2008/09 | Uruqvay | 24 | 17 |
0
0