“Fənərbaxça” ilk dəfə yarımfinalda!
12.04.2013 - 01:45
Avroliqada 1/4 final mərhələsinin cavab oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, bütün yarımfinalçılar bəlli olub.
Həmyerlimiz Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Çempionlar Liqasının son qalibi “Çelsi”ni mübarizədən kənarlaşdırmaq üçün evdə ən azı 2 top fərqli ilə qalib gəlmək məcburiyyətində idi. “Rubin”in səfərdə qol vurmağı o mənada işinə yarayırdı ki, 2:0 hesablı qələbə onu tarixində ilk dəfə avrokuboklarda yarımfinala çıxaracaqdı.
“Lujniki” stadionunda baş tutan matçda “Rubin” londonluları məğlub etməyi bacarıb - 3:2. Lakin bu hesab, “Rubin”ə yetərli olmayıb.
Elə Rusiya kimi Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Fənərbaxça” da buna can atırdı. Komanda səfərdə oynasa da, evdə 2 top üstünlük qazandığından, şansı yüksək idi. “Latsio” səfərdə qol vurmağından, rəqibini keçmək üçün böyük hesabla qalib gəlməli idi.
Amma Roma klubu bunu bacarmayıb. Əvəzində, “sarı bülbüllər”lə heç-heçəyə razılaşıb və “Fənərbaxça” adını ilk dəfə yarımfinala yazdırıb.
İngiltərənin digər 2 təmsilçisinin “Çelsi” ilə müqayisədə işi çətin idi. “Nyukasl” da “Rubin” kimi səfərdə 1:3 hesabı ilə uduzduğundan, eyni vəziyyətdə idi.
Bu görüşdə “sağsağanlar” “Benfika”nın müqavimətini qıra bilməyib və Portuqaliya təmsilçisi yarımfinala keçib.
“Tottenhem” isə ilk oyunda “Bazel”lə evdə məhsuldar heç-heçə etməklə işini çətinləşdirmişdi. İsveçrədə keçirilən matçın əsas vaxtı Londonda qeydə alınan hesabın (2:2) eynisi ilə başa çatıb. Qalib isə oyuna əlavə edilən dəqiqələrdə müəyyənləşmədiyindən penaltilərə ehtiyac duyulub. Burada da “Bazel” daha güclü olub.
Beləliklə, “Çelsi”, “Fənərbaxça”, “Benfika” və “Bazel” yarımfinalda mübarizəni davam etdirəcəklər.
11 aprel
“Rubin” (Rusiya) – “Çelsi” (İngiltərə) - 3:2
QOLLAR: Markano, 51, Qaradəniz, 62, Natxo, 75-pen - Torres, 4, Moses, 55
İlk oyun – 1:3
“Nyukasl” (İngiltərə) – “Benfika” (Portuqaliya) -1:1
QOLLAR: Sisse, 71 - Salvio, 90+1
İlk oyun – 1:3
“Bazel” (İsveçrə) – “Tottenhem” (İngiltərə) - 2:2 (pen-4:1)
QOLLAR: Salah, 27, Draqoviç, 49 - Dempsey, 23; 82
İlk oyun – 2:2
“Latsio” (İtaliya) – “Fənərbaxça” (Türkiyə) - 1:1
QOLLAR: Luliç, 60 - Caner, 73
İlk oyun – 0:2

0
0