Bakıda keçirilən UEFA-nın seminarı başa çatdı - FOTOSESSİYA
11.04.2013 - 13:13
Bakıda keçirilən UEFA-nın seminarı başa çatdı - FOTOSESSİYA
Bakıda keçirilən AFFA tərəfindən UEFA-nın qadın futboluna həsr olunmuş seminarı başa çatıb. Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina, Litva və Monteneqrodan olan seminar iştirakçıları bir neçə tədbirdə iştirak ediblər.

"Hilton" otelində AFFA əməkdaşlarının müxtəlif mövzularda təqdimat və çıxışları başa çatdıqdan sonra iştirakçılar 201 saylı orta məktəbə yollanıblar. Burada U-15 qızlar Liqasının bombardirinin mükafatlandırma mərasimində iştirak edən qonaqlar daha sonra futbol dərsini izləyiblər. 201 saylı məktəbdən "Bakcell Arena"ya yola düşən seminar iştirakçılarına stadion barədə ətraflı məlumat verilib.

Ardınca Bayıl stadionuna gələn qonaqlar 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının AZAL klubunun U-16 komandası ilə yoldaşlıq oyununu izləyiblər. Sonda "Hilton" otelində seminar iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.

Mənbə: affa.az