Sialmas heyətə, “Xəzər Lənkəran” Bakıya qayıtdı
11.04.2013 - 13:40
Topaz Premyer Liqasının XXVI turu çərçivəsində səfərdə “Turan”ın qonağı olacaq “Xəzər Lənkəran” doğma şəhərdə hazırlığını başa çatdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün əsas meydanda səhər məşqini keçirən Lənkəran təmsilçisi Con Toşakın rəhbərliyi altında taktiki planda müxtəlif çalışmaları yerinə yetiriblər.
Dünənki məşqdə yüngül zədə alan hücumçu Dimitrios Sialmas artıq komandaya qoşularaq, səhər məşqində iştirak edib. Bu gün saat 14:00-da “Xəzər Lənkəran” bazasını tərk edərək Bakıya yola düşüb.
Xatırladaq ki, Tovuz şəhər mərkəzi stadionu da təmirə bağlandığından “Turan” - “Xəzər Lənkəran” matçı aprel ayının 13-də saat 17:00-da “Dalğa Arena”da keçiriləcək.

0
0