“Neftçi” çətin səfərə, Con Toşak 2-ci qələbəyə doğru
11.04.2013 - 14:02
Topaz Premyer Liqasında ardıcıl 2-ci həftə mübarizə cümə 1 oyunla start götürəcək. Apasport.az saytının məlumatına görə, keçən turdan fərqli, XXVI tur ikinci “altılığ”ın matçı ilə başlayacaq. Özü də “Bayıl Arena”da startı veriləcək tur elə orada yekunlaşacaq.
İlk “altılıq” matçları şənbə olacaq ki, mərkəzi oyun “Qarabağ” – “İnter”dir. Lider “Neftçi”nin ən yaxın izləyiciləri öz aralarındakı matçda kimin güclü olduğunu müəyyənləşdirəcək. Komandalar arasında cari mövsümdə hər 2 oyun heç-heçə nəticələndiyindən, qalib hələ bilinməyib. Uduzanın çempionluq mübarizəsində işini çətinləşdirəcəyini demək olar. Bu, daha çox 3-cü pillədə olan “Qarabağ”a aiddir. Ağdamlılar ötən tur “Neftçi”ni yenəndən sonra növbəti rəqibindən də 3 xal almaq iddiasındadır.
“Neftçi”ni isə Zaqatalada çətin sınaq gözləyir. Söhbət təkcə “Simurq”la səfər oyunlarının asan olmadığından getmir. Məsələ ondadır ki, “Neftçi” ora ciddi itkilərlə yollanır. Komandanın baş məşqçisi Böyükağa Hacıyev 10 oyunluq cəzalandırıldığından, mövsüm onun üçün artıq bitib. “Neftçi”nin əsas müdafiəçisi olan İqor Mitreski “Simurq”la matçda cəzalıdır. Əvəzində kapitan Rəşad Sadiqov cəzasını bitirərək, sıraya dönüb.
“Neftçi”nin ən yaxın izləyicilərinin öz aralarındakı matçında xal itkisi qaçılmaz olduğundan, qələbə xal fərqini artırmağa imkan verir. Çempion “Simurq”la cari mövsümdə ölkə kubokunda da üzləşərək, onu mübarizədən kənarlaşdırıb. Rəqibi ilə keçirdiyi 4 oyunun 3-də qalib gələn bakılılar yeganə bərabərliyi Zaqatalada kubok görüşündə edib.
Turnir cədvəlində digər qonşuların dueli Qəbələdə olacaq. Artıq uzun müddətdir qələbə üzünə həsrət qalan “Qəbələ” ispaniyalı baş məşqçi əvəzi Luis Araqonun rəhbərliyi altında ardıcıl 2-ci ev oyununa çıxacaq. Ötən turda “Simurq”la matçda qələbəni son dəqiqələrdə əldən verən qəbələlilər “Bakı”nı keçmək imkanına malikdir.
İkinci “altılığ”a gəlincə, “Xəzər Lənkəran” ardıcıl 2-ci tur “Dalğa Arena”da meydana çıxacaq. Con Toşakın komandası digər Qərb təmsilçisi – “Kəpəz”in ardınca “Turan”ın qonağı olacaq. Uelsli mütəxəssisin daha bir autsayderlə oyunda qalib gəlmək şansı çoxdur.
12 aprel
17:00. “Rəvan” – “Kəpəz”
Bakı. “Bayıl Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:2, 2:0
13 aprel
15:00. “Qəbələ” – “Bakı”
Qəbələ. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 0:2
17:00. “Qarabağ” – “İnter”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 0:0
17:00. “Turan” – “Xəzər Lənkəran”
Bakı. “Dalğa Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:1, 2:4
18:00. “Simurq” – “Neftçi”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:1, 2:0
14 aprel
17:00. “Sumqayıt” – AZAL
Bakı. “Bayıl Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:2, 1:1
Bombardir: Nikolas Kanales (Neftçi) –21

| komanda | o | q | h | m | t | x | |
1 | Neftçi | 25 | 15 | 3 | 7 | 50-27 | 48 |
2 | İnter | 25 | 13 | 8 | 4 | 28-15 | 47 |
3 | Qarabağ | 25 | 12 | 9 | 4 | 33-21 | 45 |
4 | Simurq | 25 | 10 | 10 | 5 | 27-17 | 40 |
5 | Bakı | 25 | 7 | 13 | 5 | 27-18 | 34 |
6 | Qəbələ | 25 | 9 | 6 | 10 | 28-31 | 33 |
7 | AZAL | 25 | 9 | 9 | 7 | 38-27 | 36 |
8 | Xəzər L | 25 | 8 | 8 | 9 | 35-30 | 32 |
9 | Rəvan | 25 | 9 | 4 | 12 | 33-38 | 31 |
10 | Sumqayıt | 25 | 7 | 7 | 11 | 25-42 | 28 |
11 | Turan | 25 | 6 | 5 | 14 | 26-47 | 23 |
12 | Kəpəz | 25 | 2 | 4 | 19 | 14-51 | 10 |
Bombardir: Nikolas Kanales (Neftçi) –21
0
0